“Neftçi” bu gün “Rapid”lə oynayacaq –UEFA Konfrans Liqası

Bakının “Neftçi” futbol klubu bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edəcək. “Bakcell Arena”da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Əvvəlki məqalə

Müharibə başlayandan bəri ilk dəfə gəmi taxıl üçün Ukraynaya gedib

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxma halları azalıb –