Nikol Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırdı –

"Tərəfdarlarımı meydana çağırıram"
25 Fevral 2021 - 12:35

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

 N. Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, – deyə o yazıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.