Norveç şirkəti Rusiyanın “Şimal axını-2” layihəsində fəaliyyətini dayandırdı

Norveç şirkəti “Det Norske Veritas GL” “Şimal axını -2” qaz kəmərinə uyğunluq sertifikatı verməkdən imtina edib.

Azpost.info-nun məlumatına görə, RBK nəşri DNV GL-in açıqlamasını yayıb.

Şirkətin bəyanatında bildirilir ki, “DNV GL”-nin “Şimal axını-2” boru kəməri sistemindəki yoxlamalarla bağlı fəaliyyətini sanksiyalara uyğun olaraq və bu sanksiyalar qüvvədə qaldığı müddətdə dayandırır.

DNV GL, işləyən “Şimal axını” qaz kəməri və inşası davam edən “Şimal axını- 2”-nin ortağıdır.

Noyabrın sonlarında DNV GL bəyan edib ki, ABŞ sanksiyaları səbəbiylə “Şimal axını-2” layihəsində sınaq və boru qoyan gəmilərdə istifadə olunan avadanlıqların yoxlanması ilə bağlı xidmətlər göstərə bilməyəcək. Həmin vaxt şirkət aydınlıq da gətirib ki, bu qaz kəməri başa çatdıqdan sonra sertifikatlaşdırmadan imtina edilməsi demək deyil.

Boru kəmərinin yoxlanılması və sertifikatlaşdırlması inşaasına hələ başlanılmayan son Danimarka hissəsində olmalıdır. Danimarka Dəniz Agentliyi dekabr ayının sonlarında bildirib ki, Rusiyaya məxsus boru kəməri çəkən “Fortuna” gəmisi, digər Rus gəmilərinin dəstəyi ilə Danimarka hissəsində 2021-ci il yanvarın ortalarından etibarən tikintiyə başlamalıdır. Həmin bölmə təxminən 127 km uzunluğundadır. RBK nəşrinə görə, qaz kəməri 90% -dən çox başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Serbiya daxili işlər naziri Prezident Vuçiçin qanunsuz dinlənildiyini bildirib –

Sonrakı məqalə

Ötən il Rusiyada neft hasilatı son 10 ilin ən aşağı səviyyəsinə enib