“Növbəti delimitasiya Zəngəzurdan başlana bilər” –Paşinyandan açıqlama

“Delimitasiyanın növbəti mərhələsinin Sünikdən (Zəngəzurdan) başlanması istisna olunmur. Lakin bu, istənilən başqa ərazidə də başlana bilər.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzura səfəri zamanı yerli sakinlərlə görüşü zamanı deyib.

“Hazırda biz reqlament layihəsi üzərində işləyirik. Əvvəlcədən razılaşdırılmaqla, onun təsdiqindən sonra qərar veriləcək”-deyə Paşinyan bildirib.

“Dünəndən etibarən mən Sünik rayonundayam və istər sərhəd, istərsə də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəmi, real Ermənistanın gündəmi və sülh gündəmi xalqımıza aydındır. Bu çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik. Bu kontekstdə delimitasiya və digər məsələlər operativ məsələlərə çevrilir”-deyə Baş nazir vurğulayıb.

Paşinyan deyib ki, hökumət əhali ilə izahat işlərini davam etdirməli, məqsədin və risklərin nədən ibarət olduğunu ictimaiyyətə çatdırmalıdır.

 

Əvvəlki məqalə

Polad Həşimovun mundiri, Ayaz Mütəllibovun və Elçibəyin vəsiqələri –

Sonrakı məqalə

Polis Kəlbəcərdə yaylaqları zəbt edən şəxs barədə araşdırma aparır