Novruz bayramı ilə əlaqədar ümumşəhər iməciliyi keçiriləcək

Xalqımızın ən əziz bayramlarından olan Novruz ərəfəsində – martın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

Şəhər icra hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə, əziz Novruz bayramının xoş əhval-ruhiyyə ilə qarşılanmasına öz töhfəmizi vermiş olacağıq.

Əvvəlki məqalə

Ermənistanın müdafiə naziri istefaya göndərilir

Sonrakı məqalə

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib