Novruz Məmmədov jurnalistlərdən gileyləndi:"Qərara almışam ki, mətbuata açıqlama verməyim"

“Nikol Paşinyanın dediyi fikirlərlə ətraflı xəbərdar deyiləm. Ümumiyyətlə, bu işlə xüsusi məşğul olan adamlara müraciət edilsə, daha yaxşı olar. Hazırda suala cavab verə bilməyəcəm”.

Bunu Modern.az-a açıqlamasında sabiq Baş Nazir Novruz Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı referendum keçirilə bilməsi xəbərinə münasibət bildirərkən deyib.

Həmçinin, sabiq Baş Nazir jurnalistlərin onu politoloq kimi təqdim etməsinə də etiraz edib:

“Jurnalistlər məni “Politoloq Novruz Məmmədov” kimi təqdim edib. Axı, mən politoloq deyiləm. Ona görə də qərara almışam ki, bu tipli məsələlərlə bağlı mətbuata açıqlama verməyim. Məni üzrlü sayın! Bu işlərlə xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavini Xələf Xələfov məşğul olur. Onlar cavab versələr daha yaxşı olar. Hesab edirəm ki, onların cavabları daha dəqiq olar. Mənim cavabımı bir çoxları müxtəlif istiqamətlərə yoza bilər. Hər halda, sabiq Baş Nazirəm!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yens Stoltenberq:

Sonrakı məqalə

Türkmənistan Məclisinin Sədri Azərbaycana səfərə gəlib