“Noyabrın 13-dən bu günə kimi Ermənistana 1374 hərbçinin meyiti təhvil verilib” –

Rusiya XİN
26 Fevral 2021 - 16:40

Ermənistan tərəfinə noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib.

Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə meyitlərin axtarışının dayandırılması ilə bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, vəziyyəti sülhməramlılar daha yaxşı bilir və işlərin dayandırılması ilə bağlı onlara müraciət etmək daha yaxşı olar.

“Əldə olan məlumatlara görə, 2020-ci ilin 13 noyabrından bu günə kimi 1684 hərbçinin meyiti təhvil verilib. Onlardan 1374-ü Ermənistana, 310-u isə Azərbaycana təhvil verilib”.(APA)