Fevralın 26-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23,939 nəfər vaksinasiya olunub. "Koronovirusinfo.az" məlumat verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.