Çinin xarici işlər naziri Van Yi koronavirusun törətdiyi yeni tipli pnevmoniya səbəbindən ölkə ilə nəqliyyat əlaqələrinin kəsilməsinin yolverilməz olduğunu bildirib. “Report” TASS-a istinadən xəbər verir ki, pakistanlı həmkarı Şah Maxmud Kureşi ilə telefon söhbətində çinli nazir Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə baxmayaraq, bir sıra ölkələrin Çinlə gediş-gəlişə bütövlükdə qadağa qoyduqlarını xatırladıb: “Kimlərinsə çətin vəziyyətə düşdüyü bir vaxtda atılan bu kimi addımlar beynəlxalq əməkdaşlıq baxımdan məqbul sayıla bilməz”.