“2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir”.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, ölkə ərzaq təhlükəsizliyini bu qədər önəm verdiyi bir vaxtda əkin sahələrinin azalması ciddi məsələdir.
Ekspert bunun səbəbləri barədə fikirlərini açıqlayıb: “Burada ən böyük səbəblərdən biri statistikanın dürüstləşdirilməsi ola bilər. Məsələn, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan səhələr bu siyahıdan çıxarılıb, eləcə də çox subsidiya almaq üçün movcud sahələr daha çox yazdırılıb, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxıb”.
Onun sözlərinə görə, ikinci bir səbəb torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı ola bilər ki, bu həmin sahələrin yazlıq əkin sahəsi kimi deyil, kənd təsərrüfatının digər istiqaməti üçün istifadəsi nəzərdə tutula bilər.
Üçüncü səbəb isə iqlim və buna bənzər digər təbii hallarla əlaqəli ola bilər. Amma elmi təcrübələr göstərir ki, adətən bu səbəbdən əkin sahəsinin həcmi maksimum 5% azala bilər.
“Ona görə də hazırda 12.8%-lik yazlıq əkin sahələrinin azalmasında qeyd etdiyim hər 3 səbəbin eyni zamanda olma ehtimalı çoxdur. Hətta ola bilər ki, digər faktorlarda burada yer alır. Bütün hallarda ilin sonunda yekun statistika bütün sualara cavab tapmağa kömək edəcək”.
Azpost.info