Ölkədə aktiv vergi ödəyicilərinin sayı açıqlandı

Bu il iyulun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı artaraq 778 min ödəyici təşkil edib.

Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda sahibkarlığın rolu gündən-günə genişlənir və özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin mütləq əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır.

Əvvəlki məqalə

DİN və Dini Komətədən uşaqların məscidə aparılması ilə bağlı

Sonrakı məqalə

32 il əvvəl şəhid olmuş 5 döyüşçünün qalıqları Xocalıda dəfn edilib