Ölkədə bu günə qədər peyvənd olunanların sayı açıqlanıb

27 Fevral 2021 - 15:11

Fevralın 26-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23,939 nəfər vaksinasiya olunub.

“Koronovirusinfo.az” məlumat verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.