İqtisadiyyat və Sülh İnstitutu (IEP) dünyanın hərbi sənayelərindəki tendensiyaları təsvir edən “Militarizasiyada Mövcud Trendlər” adlı hesabat dərc edib.
Azpost.info bildirir ki, hesabat müəllifləri müxtəlif ölkələrin büdcələrində hərbi xərclərin nə qədər yeri tutduğunu hesablayıblar.
Hesabat müəlliflərinin fikrincə, hərbi sektor KXDR-də iqtisadiyyatda ən mühüm yeri tutur.(2023-cü ilin məlumatlarına görə ÜDM-in ən azı 24%-i).
Bu xərclər Əfqanıstanın (10%), eləcə də Yaxın Şərq və Afrika ölkələrinin – Oman (5,9%), Əlcəzair (4,8%), Mali, Mərakeş və Səudiyyə Ərəbistanının (hər biri 4,5%) ÜDM-də mühüm yer tutur.
Siyahıda keçmiş SSRİ ölkələri arasında Ermənistan (4,2%) və Azərbaycan (3,8%) yer alıb.
Qeyd olunur ki, Ermənistanda bu göstərici 2008-ci ilin məlumatı ilə müqayisədə 0,7%, Azərbaycanda isə 0,5% artıb.
Gürcüstanda bu rəqəm cəmi 1,3% təşkil edir. 2008-ci ildən bu yana 6,6% azalıb.
Rusiyada bu rəqəm 2,4%, Türkiyədə 0,7%, İranda 2,2% olub.
ABŞ iqtisadiyyatında hərbi xərclər 3,1% təşkil edir. 15 il əvvəl bu rəqəm 4,7%-ə çatıb.