Ölkədə 15 yeni yoluxma qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, yeni sağalanların sayı 21 nəfərdir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 61, ikinci doza üzrə 52, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 78-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 20-dir.

Əvvəlki məqalə

Azərbaycan neftinin Ceyhan limanı ilə ixracı dayandırılıb

Sonrakı məqalə

“Bir dənə olsun, qanunsuz tikiliyə icazə vermədim”