Ölkədə qeyri-neft ixracı necə artıb? –EKSPERT ŞƏRHİ

Ölkədə qeyri-neft ixracı  58 milyon dollar və ya 6% azalıb.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib .
O, bu ilin ilin 4 ayının gömrük statistikasın təhlil edib və bəzi rəqəmləri açıqlayıb.  R.Ağayevin sözlərinə görə, qeyri-neft ixracının 23% və ya 222 mln. dollar artdığı qeyd edilir: “İxracın əmtəə strukturuna baxdıqda, bu artımın əsasən elektrik enerjisi ixracı hesabına baş verib. Bu məhsul üzrə ixrac 9.5 dəfə artaraq 33 mln. dollardan 313 mln. dollara çatıb”.
Ekspertin fikrincə elektrik enerjisi ixracının ümumi qeyri-neft ixracında xüsusi çəkisi 3,4%-dən 26%-ə yüksəlib.
R.Ağayev bildirib ki, təbii qaz hesabına alınan enerji məhsulunu qeyri-neft-qaz məhsulu kateqoriyasına aid etmək və bunun sayəsində qeyri-neft ixracında yüksək artımı göstərmək bir ayrı mövzudur.
Digər məhsulların ixracında durum necədir?
Ekspert bununla bağlı statsitik rəqəmləri açıqlayıb: Meyvə-tərəvəzi ixracı 1.5 mln. dollar azalma ilə 161 mln. dollara enib. Metal ixracı 148 mln. dollardan 105 mln. dollara enib. Kimya sənayesi məhsullaının ixracı 129 mln. dollardan 90 mln. dollara enib. Pambıq ixracı 121 mln. dollardan 52 mln. dollara enib.
“İçki ixracı 3.1 mln. dollardan 20 mln. dollara, plastmass ixracı 140 mln. dollardan 160 mln. dollara yüksəlib. Əslində elektrik enerjisi nəzərə alınmadıqda, qeyri-neft ixracının 58 mln. dollar və ya 6% azaldığı görünür”-deyə ekspert vurğulayıb.
Azpost.info
Əvvəlki məqalə

Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb

Sonrakı məqalə

Fərdi xəstə qəbul edən həkim 500 manatdan artıq nağd pul ala bilməz –