Ölkədə topdansatış ticarətin dövriyyəsi azalıb

Cari ilin birinci rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə topdansatış ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,4 faiz azalaraq 5 milyard 994,2 milyon manata bərabər olub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, dövriyyənin 36,1 faizini ərzaq məhsulları, 10,8 faizini içkilər və tütün məmulatları, 18,3 faizini bərk və maye yanacaqlar, 5,5 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 2,1 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 1,9 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,7 faizini elektrik malları və mebellər, 23,6 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.

Əvvəlki məqalə

Fransa XİN rəhbəru Buçaya baş çəkib –

Sonrakı məqalə

Atışma Ermənistan hərbiçilərinin öz aralarında baş verib –