Ölkədə vətəndaşlar marketlərdə ayda 505 manat xərcləyib

Yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,5 milyard manat olmaqla, 2022-ci ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 4,9 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 4,5 faiz artaraq 19,7 milyard manata bərabər olub.

Onun 45,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 505,2 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 79,6 manat çox vəsait xərcləyib.

Azpost.info

Əvvəlki məqalə

III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçiriləcək –

Sonrakı məqalə

“Olimpiakos” və “Real Madrid” Avroliqanın finalında