“Onu azad edin!”- Bayden “The Wall Street Journal”ın müxbiri ilə bağlı çağırış etdi

ABŞ prezidenti Co Bayden “The Wall Street Journal” qəzetinin müxbiri, Amerika vətəndaşı Evan Qerşkoviçlə bağlı Rusiya hakimiyyətinə çağırış edib.

Azpost.info xəbər verir ki, Bayden jurnalisti azad etməyə çağırıb.

“Onu azad edin”, – Bayden bildirib.

Jurnalist martın 30-da Yekaterinburqda casusluq ittihamı ilə həbs edilib. İttihamı rədd edən “The Wall Street Journal” rəhbərliyi prezident Baydenə müraciət edərək Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ABŞ-dan çıxarmağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib

Sonrakı məqalə

Azərbaycanda daha 64 nəfər COVID-19-a yoluxub