Macarıstan Baş naziri Viktor Orban Avropa İttifaqına Ukrayna ilə 5-10 il müddətinə strateji tərəfdaşlıq sazişi bağlamağı və yalnız bu müddətdən sonra Aİ-yə üzvlük məsələsinə qayıtmağı təklif edib.
Azpost.info xəbər verir ki, Baş nazir bu barədə “Kossuth” radiostansiyasına müsahibəsində danışıb.
“Ukraynanın qəbulunun nə ilə nəticələnəcəyini bilmiriksə, o zaman bu barədə danışmağa belə başlamayaq. Əvvəlcə 5 ildən 10 ilə qədər davam edə biləcək strateji tərəfdaşlıq haqqında saziş bağlamaq lazımdır, sonra isə biz necə davam edəcəyimizi düşünə bilərik”, – Orban deyib.
Azpost.info