Ordumuzun sərhəddə Ermənistan hərbçisini yaralaması barədə məlumat yalandır –MN

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

Əvvəlki məqalə

Sabah yağış yağacaq

Sonrakı məqalə

Putinin sabiq köməkçisi Çubays reabilitasiya üçün Almaniyaya gedib