“Ordumuzun Türkiyə standartlarına uyğunlaşdırlması üçün zəruri addımlar atılır” –KƏRİM VƏLİYEV

“Azərbaycan və Türkiyə arasında yaxın münasibətlər regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir”.

Bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin Zəfər Bayramına həsr olunmuş tədbirdə çıxışında deyib.

O bildirib ki, 100 il əvvəl Türkiyənin qazandığı bu qələbə Türkiyənin tarixində ən şanlı səhifələrədn biridir:

“Azərbaycan və Türkiyə arasında münasibətlər M.K. Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevimcimizdir” və Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsi ilə bütün istiqamətlərdə o cümlədən müdafiə sənayesində uğurla inkişaf edir. Bugünkü münasibətlərin bu səviyyəyə çatmasında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var. Bizim çox yaxın tarixi, dini, mədəni əlaqələlərimiz, köklərimiz hərbi əməkdaşlığımızın inkişafı üçün geniş imkanlar yaradır.

Kərim Vəliyev qeyd edib ki, Ordumuzun müasir ordu modelinə keçməsi, Türkiyə standartlarına uyğunlaşdırlması üçün zəruri addımlar atılır: “Bir daha Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edirəm, sizə yeni qələbələr və uğurlar arzu edirəm”.(APA)

Əvvəlki məqalə

Nikol Paşinyan Brüsselə getdi

Sonrakı məqalə

Novxanıda istirahət mərkəzinin kombi sistemində partlayş olub