Ötən ay ölkədən ən çox mal Rusiyaya ixrac olunub –SİYAHI

Mayda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (118,8 milyon ABŞ dolları) birinci olub.

Azpost.info bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda məlumat verilib. Ötən ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (59,2 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Yanvar-may aylarında isə Türkiyəyə 464,6 milyon ABŞ dolları, Rusiyaya 404 milyon ABŞ dolları, Gürcüstana 161,2 milyon ABŞ dolları, İsveçrəyə 53 milyon ABŞ dolları, Qazaxıstana isə 47,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Əvvəlki məqalə

Özünə bıçaqla xəsarət yetirən Göyçay sakini ölüb

Sonrakı məqalə

“Mbappeyə Zidanın “PSJ”-yə baş məşçi gətiriləcəyi vəd olunmuşdu”