Ötən illərdən bağlı qalmış 11 ölüm işinin üstü açılıb-Baş Prokurorluq

2023-cü ildə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən ötən illərdən bağlı qalmış qəsdən adam öldürmə faktları üzrə 11 iş açılıb. 

Azpost.info bildirir ki, bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən ötən illərdən bağlı qalmış 7 iş, rayon (şəhər) prokurorluqları tərəfindən 3 iş, (Ordubad, Bakı şəhər Nizami, Sumqayıt şəhər prokurorluqları), Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən isə 1 iş olmaqla, ümumilikdə 11 iş daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb.

Əvvəlki məqalə

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Sonrakı məqalə

Yüz yaşlı tamam olan şəhid anası ziyarət edilib