Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb, 64 cinayət işi “isti izlərlə” açılıb –DİN

Daxili İşlər Nazirliyi (DİN) fevralın 19-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, ötən gün ərzində törədilmiş 64 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vakant məmur vəzifələri üzrə ümumi müsahibə davam edir

Sonrakı məqalə

Daha iki əziz Şəhidimizin yeni doğulan körpələri üçün 5000 manatlıq hesab açılacaq-