Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri gözlənilir.
Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan – Özbəkistan: Əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Feyziyev deyib.
Özbəkistan liderinin səfəri avqustda baş tutacaq.
O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında hər bir sahədə sıx əməkdaşlıq daha da güclənir, sürətlənir(apa).