Özbəkistanda dövlət qulluqçularının 35 faizi ixtisar olunacaq- "Hakimiyyətin ayağındakı zəncirdir”

Özbəkistanda dövlət qulluqçularının 35 faizi ixtisar olunacaq.

Azpost.info xəbər verir ki, bunu prezident Şavkat Mirziyoyev xalqa illik müraciətində bildirib.

Onun sözlərinə görə, ölkədə nazirlik və idarələrin sayı da iki dəfədən çox ixtisar olunacaq.

Ölkə başçısı dövlət aparatını daha yığcam idarəetmə sisteminə çevirməyə çağırıb və hazırda hakimiyyətin həddən artıq mərkəzləşdiyini və bürokratik olduğunu vurğulayıb.

“Birinci mərhələdə nazirliklərdə islahatlar aparılacaq, hökumətin iş metodu əsaslı şəkildə dəyişəcək. İlk növbədə, nazirlik və idarələrin sayı 61-dən 28-ə endiriləcək. Hər bir nazirlik müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə cavabdehlik daşıyacaq. Həmçinin müvafiq qurumlara daxil olan komitə, qurum və strukturlara rəhbərlik edəcək”, – Mirziyoyev deyib.

Özbəkistan prezidentinin sözlərinə görə, dövlət idarəçiliyinin mövcud sistemi səmərəsizdir, çünki düzgün həll yollarının tapılmasına həddən artıq çox vaxt, səy və resurslar sərf olunur.

O, bürokratiyanı “hakimiyyətin ayağında zəncir” adlandırıb, həmçinin hökumətin qəbul etdiyi qərarlara nazirlərin təsirinin aşağı olduğunu qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

Asif Mərzili Dünya Türk Jurnalistləri Birliyinin köşə yazarı seçilib

Sonrakı məqalə

Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib