Pandemiya dövründə nə qədər məhbus koronavirusa yoluxub? - AÇIQLAMA
Koronavirus infeksiyası pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bunu Penitensiar xidmətinin Baş idarəsində 2021-ci ilin birinci yarımili ərzində fəaliyyətin yekunları üzrə videokonfrans formatında əməliyyat müşavirəsində Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.
O bildirib ki, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilib: "Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınıb. Bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil edib. Bu sahədə Penitensiapr xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib". (APA)
Əlaqəli xəbərlər
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
-
Azərbaycan qazı yeni bazara çıxdı – Suriyaya ixrac 2,8 dəfə artıb / TƏHLİL
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
-
Maaşdan tutulan vergi artır - 1000, 1500 manat alanlar nə qədər itirəcək?
Növbəti xəbər yüklənir...