“Pandemiya ilə mübarizə üçün əlavə olaraq 261 milyon manat vəsaitlər ayrılıb” –

Samir Şərifov
24 Dekabr 2020 - 12:11

Gələn ilin dövlət büdcəsində koronavirus pandemiyası ilə mübarizənin davam etdirilməsi üçün əlavə olaraq 261 milyon manat vəsaitlər ayrılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial iqtisadi tədbirlərin davam etdirilməsi, iqtisadi fəallığa dəstək tədbirlərinin həyata keçirilməsi üçün müvafiq olaraq 161 milyon manat və 288 milyon manat vəsait ayrılıb.(APA)