Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bəyan edib.
TASS xəbər verir ki, bu barədə Aİ Şurası tərəfindən yayılan bəyannamədə bildirilib.
Qeyd edilib ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.