Paşinyan İlham Əliyevin BMT-nin xüsusi sessiyasını çağırmaq təklifinə qarşı çıxıb

“COVID-19 məsələsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə olunması qlobal təhlükəsizliyə töhfə olardı”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hacıyev deyib ki, Ermənistanda vəziyyət daha acınacaqlıdır: “Onlar rəqəmləri gizlədir, düzgün məlumat vermirlər. Buna baxmayaraq, Ermənistan Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına qarşı çıxıb, BMT Baş Katibinə məktub göndərib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dünyanın bu təşəbbüsə ehtiyacı var və müxtəlif dövlət başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətlərdə bu, əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Digər ölkələrlə reyslərin açılmasına baxıla bilər” –

Sonrakı məqalə

“Hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb” –