Paşinyan İran prezidenti ilə Qarabağı müzakirə etdi –

Ruhani Tehranın mövqeyini açıqladı
01 Oktyabr 2019 - 13:25

 “Qarabağ münaqişəsinin tərəflərin mövqeyi və fikirləri nəzərə alınaraq dinc danışıqlar yolu ilə həlli vacibdir”.

 Azpost.info bildirir ki, bu sözləri İran prezidenti Ruhani Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib. Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Nikol Paşinyan iki ölkə arasında əlaqələrin yaxşı olduğunu qeyd edib: “Erməni tərəfi hesab edir ki, İranla münasibətlər mümkün olduğu qədər geosiyasi təsirlərdən uzaq olmalıdırlar”.

Həsən Ruhani deyib: “Biz bir dost və qonşu olaraq Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə və genişləndirməyə əhəmiyyət veririk. Biz Sizin hökumətinizlə yeni layihələrin hazırlanması və həyata keçirməsi, elektrik enerji üçün qaz layihəsi həcminin genişləndirilməsi məqsədilə işlərimizi davam etdirməyə hazırıq. Eyni zamanda, Ermənistanda qaz, külək və günəş vasitəsilə elektrik enerjinin istehsal layihələrinin yerinə yetirməsinə hazırıq. Biz energetik sahədə regional layihələrin həyata keçirilməsində və infrastrukturların inkişafında maraqlıyıq”.

Ruhaninin sözlərinə görə, İran tərəfi Ermənistanla həmçinin nəqliyyat infrastrukturları sahəsində, o cümlədən ölkəmizdə müxtəlif yol tikintisi layihələrində əməkdaşlıqda maraqlıdır.

Görüşdə dəmir yolu, yüksək texnologiyalar, gömrük, elm, turizm sahələrində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.

Həsən Ruhani vurğulayıb ki, Baş nazir Paşinyanın başçılıq etdiyi qurup Ermənistanda hakimiyyətə gəldikdən sonra iki ölkə arasında ticarətin dövriyyəsinin həcmi xeyli artıb, ortaq layihələr isə uğurla həyata keçirilməyə davam edir. İran prezidenti Meğri SES-in tikinti layihəsinin həyata keçirilmə prosesi, ikitərəfli kapital qoyuluşlarının genişləndirilməsi, azad ticarət zonaları vasitəsilə ticarət dövriyyəsinin həcmlərini müzakirə etməyə hazır olduqlarını da əlavə edib.

Tərəflər Fars körfəzini Qara dənizə birləşdirən tranzit yolları barədə də fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan bu proqramın reallaşdırılmasının ölkəmizin strateji maraqlarına cavab verdiyini və Ermənistanın bu məqsədlə əməli addımlar atmağa hazır olduğunu vurğulayıb.

Görüşdə tərəflər regional əhəmiyyət daşıyan digər məsələləri də müzakirə etdilər və Qarabağ məsələsinin həlli prosesinə toxunublar. Baş nazir Paşinyan İran prezidentinə Dağlıq Qarabağ münaqişəsinə dair balanslı mövqe tutduğuna görə təşəkkür edib. Həsən Ruhani  münaqişənin bütün tərəflərinin mövqeyini və fikirlərini nəzərə alaraq münaqişənin dinc danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.