Paşinyan Qazaxda çəkilmiş sərhəd hasarının fotolarını göstərdi –"Burda da belə olacaq" /FOTO

Ermənistanın Baş naziri Paşinyan Zəngəzura səfər edib və yerli sakinlərlə görüşüb.

Azpost.info bildirir ki, Paşinyan Azərbaycanın və Ermənistan arasında delimitasiya olunmuş sərhədin fotolarını yeri sakinlərə göstərib.

Bu fotolarda Qazax rayonunun Yuxarı Əskipara  ilə Voskepar arasında çəkilmiş sərhəd məftilləri əks edilib.

Paşinyan Nerkin And və Çakaten kənd icmaları ilə görüşdə sərhədlərin delimitasiyası məsələsinə toxunub və bildirib ki, sərhəd delimitasiyası Nerkin Anda da aparılmalıdır. O, sakinlərə delimitasiyadan sonra Voskeparda quraşdırılan sərhəd məftillərinin fotolarını göstərib.

“İndi biz Voskeparda sərhədi delimitasiya etdikdən sonra vəziyyət belədir: hasar çəkilib, təhlükəsizlik təmin olunub, oradan nə inək, nə də adam keçməyəcək. Burada da eyni şeyi etməliyik. Çünki həll yolu budur”, – deyə o, sakinlərlə söhbətində bildirib.

Qeyd edək ki, kənd üç tərəfdən azərbaycanlıların əhatəsində olsa da, sakinlərdən heç kim təhlükəsizlik problemindən şikayət etməyib.

Əvvəlki məqalə

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Sonrakı məqalə

Niderland Polşanı məğlub edib –