Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan hökümət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məsələləri, eləcə də ikitərəfli Ermənistan-ABŞ gündəmini müzakirə ediblər.