Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünə hazırlığı təsdiqlədi

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutacağına ümid edirik”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov üçtərəfli görüşə hazırlıq getdiyini qeyd edib: “Görüşün baş tutacağı ilə bağlı artıq məlumat verilib. Əlavə olaraq məkanı və zamanı müəyyənləşdirəcəyik”.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Baş nazir Nikol Paşinyanın oktyabrın 31-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə getməyi planlaşdırdığını bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Sonrakı məqalə

AYB-nin qurultayında komissiyalar təsdiqlənib