Piket zamanı saxlanılan müsavatçılar sərbəst buraxılıblar

12 Noyabr 2019 - 18:55

Müsavat Partiyasının bu gün keçirməyə cəhd göstərdiyi piketlə əlaqədar saxlanılanlar – partiya başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı, partiyanın Səbail rayon təşkilatının sədri Zakir İsmayıl, Müsavat Partiyasının üzvü Yaşar Türkazər  və digərləri sərbəst buraxılıblar.

Bu barədə APA-ya partiyadan bildirilib.

Qeyd edək ki, bu gün Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında piket keçirməyə cəhd göstərib. Polis razılaşdırılmamış aksiya cəhdinin qarşısını alıb.