Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

16 İyul 2020 - 18:23

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki hazırkı vəziyyət də daxil olmaqla, ikitərəfli münasibətlər və regional təhlükəsizliyə dair aktual məsələlər müzakirə  olunub.