Polis balta ilə cinsi azlıqlara hədə-qorxu gələn şəxsi axtarır –FOTO

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə metroda balta ilə görüntülərini yayaraq insanlara hədə-qorxu gələn şəxslə bağlı araşdırmalara başlayıb.

DİN-in mətbuat xidmətinin rəsmisi Ehsan Zahidov bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:

“Hazırda həmin şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, görüntülərdə adı açıqlanmayan şəxs metroya balta ilə girdiyini və qarşısına çıxan cinsi azlıqları baltalayaraq öldürəcəyini deyib.

Əvvəlki məqalə

“Azərbaycanla əlaqələrdə heç bir maneə yoxdur” –

Sonrakı məqalə

“Freddi Merkuri azərbaycanlı deyil” –