Polis Yasamalda əməliyyat keçirdi:30 nəfər saxlanıldı (VİDEO)

Yasamal rayonunda son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb. Həmin şəxslərdən 5 kiloqram heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.