Fevralda Azərbaycan prezidenti İrana səfər edəcək. Bu barədə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bildirib. Fevralın 10-da Boulevard Hotel-də İslam İnqilabının 41-ci ildönümünə həsr olunmuş təntənəli qəbulda çıxış edən səfir bildirib ki, yaxın günlərdə İlham Əliyev İran prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcək. (Turan)