Prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Əvvəlki məqalə

Bakıda sabiq prokuroru avtomobil vurub

Sonrakı məqalə

Zelenski ABŞ prezidenti ilə telefonla danışıb