Prezident İlham Əliyev Niyaməddin Musayevi təltif edib

30 Aprel 2020 - 16:40

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

N.Musayev Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.