Prezident İlham Əliyev Ukraynaya səfərə gedir

13 Yanvar 2022 - 16:39

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.

Ukrayna Prezidentinin mətbuat xidmətinin verdiyi xəbərə görə, səfər zamanı Prezident İlham Əliyev yanvarın 14-də ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş keçirəcək.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq.

Görüşdən sonra iki dövlət başçısı mətbuat nümayəndələrinin sullarını cavablandıracaq.