Prezident İlham Əliyev özünə yeni köməkçi təyin edib –- SƏRƏNCAM / DOSYE

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu sərəncama qədər Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin sabiq köməkçisi vəzifəsini tutub.

A.Spillin  “PAŞA İnşaat”da İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışıb.

Yeni köməkçi bundan əvvəl – 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib.  2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində  İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
Əvvəlki məqalə

Andrey Sipilin Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib

Sonrakı məqalə

“Səbuhi Məmmədli əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir”