“Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm” –ƏLİ İNSANOV BƏYANAT VERDİ, PARTİYA QƏRAR QƏBUL ETDİ

Haqq-Ədalət Partiyası prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bəyan edib. 
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri Əli İnsanov İdarə Heyətinin iki günlük müzakirələrinin nəticələrini açıqlayarkən bəyan edib.
Qeyd edək ki, partiya son iki gün ərzində Azərbaycanın xarici siyasətini müzakirə edib.
Əli İnsanov çıxış edərək Azərbaycanın xarici siyasətində son vaxtlar baş vermiş mühüm hadisələri sadalayıb. O, Prezident İlham Əliyevin ölkədə və xaricdə keçirdiyi görüşlər, onların əhəmiyyətindən və qarşıda duran problemlərimizin həlli üçün uğurlu hadisələr kimi qeyd edib.
“Azərbaycanın xarici siyasəti ölkə Prezidenti Cənab İlham Əliyevin siyasəti deməkdir”-deyən sədr İdarə Heyətinin bütün üzvlərinə bu siyasəti dəstəkləməyə dəvət edib.
Haqq Ədalət Partiyasının İdarə Heyətinin bütün üzvləri, o cümlədən, Norveçdən (onlayn) HƏP sədrinin 1-ci müavini polkovnik İsa Sadıqov və ABŞ-dan (onlayn) HƏP sədrinin müavini, sabiq nazir, Qüdrət Quliyev də müzakirələrə qatılıb. İdarə Heyətinin bütün üzvləri yekdil olaraq deyilənləri yüksək dəyərləndirib və Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini qeyd ediblər.
Qərar səsə qoyulub və yekdilliklə qəbul olunub.
“Haqq-Ədalət Partiyası olaraq daim dövlətimizin və ordumuzun yanında olduğunu bildirir, İlham Əliyevin apardığı siyasəti birmənalı olaraq dəstəklədiyimizi bəyan edirik. Partiya İlham Əliyevin siyasi kursunu dəstəkləyir“-deyə Əli İnsanov öz müraciətində bəyan edib.
Azpost.info
Əvvəlki məqalə

İstanbulda Ərdoğanla NATO Baş katibi arasındakı görüş başa çatıb

Sonrakı məqalə

Moldovada müxalifətçi Şor partiyasının bütün üzvləri həbs edilib