Prezident İsraildə səfirlik açılması ilə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyi təsis ediləcək.

Prezident İlham Əliyev həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Əvvəlki məqalə

Belçika Baş naziri Zelenski ilə görüşdü

Sonrakı məqalə

Prezident hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb