Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı Fərman imzaladı

Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinə dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxs olacaq.

Fərmanla Fondun hüquqları da artırılıb. Fond fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin razılığı ilə publik hüquqi şəxs yaratmaq hüququna malik olacaq. Eyni zamanda, Fond bundan sonra Azərbaycan Respublikası Prezidentinin razılığı ilə media subyekti təsis etmək hüququna da malik olacaq.

Əvvəlki məqalə

Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

Sonrakı məqalə

Litva Almaniyadan qoşun istədi: