Prezident Vətəndaş Birliyi Partiyasının sədrini təltif etdi –

SƏRƏNCAM
04 Oktyabr 2019 - 18:41

Azərbaycan Prezidenti İlham Əliyev deputat Sabir Hacıyevi təltif edib. 

Dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adı verilib.

Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. O, Vətəndaş Birliyi Partiyasının sədridir.