Prezident Xocalı məhkəməsinə sədr təyin etdi- SƏRƏNCAM

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.

Tural Ələkbərov bu təyunatadək çalışdığı Goranboy Rayon Məhkəməsinə 2021-ci ilin dekabrın 21-də hakim təyin olunub.

Bundan öncə isə T.Ələkbərov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.