Prezident İlham Əliyev Oqtay Şahbazovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilsin.