“Prezidentin ona dediyi sözdən sonra əl-ayağı titrəməyə başladı” –Siyavuş Novruzovdan Əli İnsanova sərt itithamlar

Əli İnsanovun YAP-da heç vaxt nüfuzu filan olmayıb. Sadəcə, İdarə Heyətinin üzvlərindən biri olub, vəssəlam”.

Azpost.info bildirir ki, bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov sabiq səhiyyə nazirinin son günlərdəki fəallığı barədə Unikal.org-a müsahibəsində danışarkən deyib.

S.Novruzov Ə. İnsanovun vaxtilə YAP-ın sütunlarından olması barədə səslənən fikirləri təkzib edib: “Qəti şəkildə, elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Allahverdiyev, Hacıbala Abutalıbov, Asya Manafova bunların qasrşında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da”.

O, həmçinin Ə.İnsanovun YAP-dan istefa ərizəsi yazması amma qəbul olunmadığı  barədə dediklərini də rədd edib: “Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin, Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahidddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək, çıxış eləmək istədiyini dedi. Prezidentə dedi ki, məni müdafiə edin,  Ramiz Mehdiyevlə, Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsləni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdə xahiş eləd ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova və mən otaqda oturmuşduq. Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm.
İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda ümumilikdə 495 min 828 koronavirus testi aparılıb

Sonrakı məqalə

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı –